Yeniyetmənin toyuna gedən polislə bağlı araşdırma başladı
Bir neçə gün öncə Ucarda yeniyetmə qızın ərə verilməsi barədə xəbər vermişdik.
Lent.az həmin hadisə isə bağlı yeni məlumatlar əldə edib. Belə ki, həmin toy məclisində Ucar rayon Polis Şöbəsinin əməkdaşı da iştirak edib. Bu isə birmənalı qarşılanmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məsələ ilə bağlı Lent.az-a bildirib ki, yeniyetmənin erkən nikaha daxil olması ilə bağlı Ucar rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Bundan əlavə, həmin toy məclisində iştirak edən Ucar rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır.
OXŞAR XƏBƏRLƏR
19:20
261
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
276
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
327
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
16:35
353
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
16:23
1172
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
1087