Yeni “taxıl dəhlizi” yaradılır: Türkiyə Avropanı xilas edir
Avropada yaranmış taxıl qıtlığı təhlükəsinin qarşısının alınması üçün Türkiyə və Rusiya razılığa gəliblər.
APA TV xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat verib.
Dərginin məlumatına görə, Moskva Kiyev və Ankara ilə Ukraynanın taxılla dolu olan gəmilərinin Odessadan çıxması üçün ilkin hərəkət sxeminə razılıq veriblər. Yüklər Türkiyə gəmilərinin müşayiəti ilə neytral sulara aparılacaq, daha sonra yükü Rusiya gəmiləri Boğaza qədər müşayiət edəcək.
Məlumata görə, Ukrayna akvatoriyasının razılaşdırılmış hissəsini minalardan təmizləmək və “taxıl dəhlizi” yaratmaq üçün Türkiyə gəmilərin öz sularına buraxılmasına razılıq verib. “Yol xəritəsi”nin iyunun 8-də və ya 9-da Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi rəhbərlərinin Türkiyəyə səfəri zamanı təsdiqlənəcəyi bildirilir.
Fuad Sadıqov
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi