Yeni qaz sayğacları çox pul yazır? - “Azəriqaz”ın sübutları
Bu gün "Azəriqaz" İstehsalat Birliyi vətəndaşların sayğaclarla bağlı şikayətlərinə media nümayəndələrinin də iştirakı ilə baxış keçirib.
Baxış Birliyin baş direktor müavini Rəşad Cavadov, Metrologiya departamentinin sədri Zehin Rəsulov, şöbə rəisi Rövşən Məhiyəddinov, “Azəriqaz” yanında İctimai Şuranın sədri Elçin Salmanov və ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə baş tutub.
Qazın sərfiyyatı ilə bağlı daxil olan şikayətlərlə əlaqədar 60-a yaxın sayğaca baxış keçirilib.
“Azəriqaz” yanında İctimai Şuranın sədri Elçin Salmanov müsahibəsində bildirib ki, qazdan istifadə qaydalarına görə vətəndaş sayğacını laboratoriyada yoxlatdırmaq istəyirsə bu ödənişli əsaslarladır:
“Sayğaclarından şübhəli vətəndaşlar yəni yeni sayğacın sərfiyyatı düzgün qeydə almamısından gedir. Bunun yoxlanması üçün yeganə prosedur metrologiya laboratoriyasıdır. Qazdan istifadə qaydalarına görə vətəndaş sayğacını laboratoriyada yoxlatdırmaq istəyirsə bu ödənişli əsaslarladır. Ancaq bu aksiya çərçivəsində İctimai şuranın müraciəti əsasında Azəriqaz bu xidməti ödənişsiz həyata keçirir. Bu gün o prosesin icrasına başlamışıq. Müraciətlər qəbul olunub sayğaclar ünvandan plomblanıb laboratoriyaya gətirilib. Hazırda visual ekspertiza prosesi gedir.”
Tədbirin sonunda jurnalistlərin və ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb.
Nərmin Murad
Ceyhun Mustafayev
APA TV
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir