Yeni doğulan uşağa görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb
APA TV-nin məlumatına görə, bunu DOST Agentliyində keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib: “2018-ci il ərzində təxminən 130 min nəfər bu müavinətdən bəhrələnib. Bu ilin ilk 3 rübündə isə 90 min uşağa bu müavinət ödənilib. İlin sonunda bu rəqəm artırılacaq. İlin sonunda ümumilikdə 10 belə müavinət növünün elektronlaşdırılması nəzərdə tutulur. Yəni uşaq doğulduqdan sonra sistem özü uşağın doğulmasını müəyyən edib məlumatları informasiya sistemlərindən əldə edəcək. Beləliklə, valideynə SMS gələcək ki, təbrik edirik, sizin uşağınız anadan olub, siz öz müavinətinizi bankdan əldə edə bilərsiniz”.
Nazir müavini bildirib ki, valideyn öz şəxsiyyət vəsiqəsini banka təqdim edərək, öz müavinətini əldə edə biləcək: “Bunun əsas məqsədi ondan ibarətdir ki, vətəndaşlar rahat şəkildə elektron xidmətlərdən istifadə edə bilsinlər. Onlar heç bir maneə ilə üzləşməsinlər. Bir çox məqamlarda bizim mərkəzlərə belə gəlməyə ehtiyac qalmasın”.
Xatırladaq ki, dövlət başçısının 25 fevral 2019-cu il sərəncamına əsasən yeni doğulan uşağa görə müavinət 109 manatdan 200 manata çatdırılıb. Sərəncam aprelin 1-dən qüvvəyə minib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək