Yeni doğulan körpəyə şəhid olan atasının adı verildi - AĞDAŞDA
Azərbaycan əsgəri Vətən uğrunda döyüşlərdə canından keçir, qəhrəmancasına şəhid olur. Amma onun yeri boş qalmır. Elə şəhid Anar İsrafilov kimi.
Ağdaş rayon Ləki qəsəbə sakini Anar İsrafilov Vətən Müharibəsində şəhid olub. Noyabrın 10-da isə şəhidimizin oğul övladı dünyaya gəlib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Qarabağın erməni işğalından azad olunması uğrunda döyüşlərdə şəhid olan Anarın ailədəki yerini şəhadətinin 14-cü günü dünyaya gələn oğlu Anar dolduracaq. Kiçik Anarın qədəmləri uğurlu olub. O, xalqımıza qələbə müjdəsi verilən gün dünyaya gəlib.
İndi İsrafilovlar ailəsi həm sevinir, həm də kədərlənir. Ailədə hər kəsin bir arzusu var. Kiçik Anarı atası kimi Vətənə, xalqa və dövlətə layiqli bir övlad kimi böyütmək.
Qeyd edək ki, şəhidimiz Anar İsrafilov 1990-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 3 övladı var. Böyük övladı Xədicə 5, Amil isə 4 yaşındadır. Ailə isə şəhidin ruhu qarşısında tək bir söz verib. Övladların arzuladığın kimi vətənə layiqli övlad kimi böyüyəcəklər.
Şəhid Anar İsrafilov Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”