Yenə hamı şəkili Hikmət babadan danışır
İndi onu hamı Hikmət baba kimi tanıyır.
Söhbət Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayevdən gedir. 44 günlük müharibə dövründə xeyrxah addımı ilə ölkəmizin hüduddlarından kənarda da insanların böyük rəğbət və sevgisini qazanan Hikmət baba qardaş ölkə Türkiyədə baş verən zəlzələdən sonra yenə adını ön sırada yazdıra bildi.
Ötən gün Hikmət baba əmək təqaüdünü alaraq “ASAN Xidmət”ə yolanıb. Son vaxtlar getdiyi hər yerə əlində iki qardaş ölkənin bayraqlarını aparması da təsadüfi deyil. Gəldiyi Şəki “ASAN Xidmət”də isə onu hər kəs xoş üzlə, ən əziz qonaq kimi qarşıladı.
Hikmət baba təqaüdünün çox hissəsini zəlzələdən əziyyət çəkənlərə ödəməklə bir daha öz insanlıq, qardaşlıq borcundan çıxmış oldu.
Vüqar Heydərov,
Əhməd Fərruxoğlu
OXŞAR XƏBƏRLƏR
17:21
348
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
356
Növbəti köç karvanları yola salınıb
13:38
456
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
869
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1002
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2912