Yaşlı müəllimləri əvəz edəcək heç kim yoxdur - Fazil Mustafa
“Hazırda Gürcüstanda azərbaycanlılar yaşayan ərazilərdə elə məktəblər var ki, yaşlı müəllimləri əvəz edəcək heç kim yoxdur. Məktəb ilk növbədə ona görə azərbaycandilli məktəb adlanır ki, orada Azərbaycan dili və ədəbiyyatı fənni keçirilir. Bunu azərbaycanlı müəllimlər keçirlər. Ümumiyyətlə, digər fənləri keçməyə də müəllim yoxdur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Gürcüstanda milli məktəblərimizdə kadr çatışmazlığı var: “Problemi həll etmək üçün optimal variant Tbilisidə Gürcüstan və Azərbaycan hökumətinin dəstəyi ilə ortaq universitetin yaradılmasıdır. Gürcüstanda olan din xadimlərimizin əksəriyyətini ya İran öz dini müəssisələrində hazırlayır, ya da Borçalıya onlara müəyyən tapşırıqlar verərək qaytarır. Gürcüstanda azərbaycanlılar arasında cəhalət artmaqdadır. Biz indidən bu məsələyə reaksiya verməliyik. Gürcüstanda olan azərbaycanlıların dini təhsil alması üçün imkanlar da yaradılmalıdır”.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib