Yaşlı ər-arvad avtomobildə yanaraq öldü - AĞCABƏDİDƏ DƏHŞƏTLİ QƏZA
Ağcabədidə baş verən qəzada yaşlı ər-arvad faciəli şəkildə ölüb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Avşar kəndi ərazisində qeydə alınıb.
Pəroğullar kənd sakini, 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu ilə Xocavənd sakini Məmmədov Orxan İlham oğlunun idarə etdiyi
“VAZ 21099” və “VAZ 2107” markalı avtomobillər toqquşub. “VAZ 21099” markalı maşın anidən alışıb. Avtomobildən çıxa bilməyən Hüseyn Dədəkişiyev və həyat yoldaşı 71 yaşlı Dədəkişiyeva Güllü Fərrux qızı yanaraq can verib.
Digər avtomobilin sürücüsü Orxan Məmmədov aldığı bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlanıb.
OXŞAR XƏBƏRLƏR
17:47
879
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
769
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
774
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
870
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
832
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
850