“Yaşıl ada” alov içində - AVSTRALİYADA MEŞƏ YANĞINLARI
Avstraliyada meşə yanğınları tüğyan edir. APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, 140 nöqtədə başlayan yanğınlar get-gedə daha böyük əraziləri əhatə edib. Kvinslend və Yeni Cənubi Uels ştatlarında təhlükə daha böyükdür. Adı çəkilən ştatlarla yanaşı bir çox yaşayış məntəqələrində sakinlərin təxliyəsinə başlanıb. Ölkənin şimal-şərqində yanğınlar əkinə yararlı torpaqları məhv edib. Polis yanğınların insanların məsuliyyətsizliyi səbəbindən baş verdiyini iddia edir. Hadisələrdən birini 12 yaşlı oğlanın törətdiyi artıq sübut olunub. Oğlanla oynayan iki qız uşağı bu barədə danışıb. Xatırladaq ki, bu yanğınlar ölkə tarixində ən böyük meşə yanğınları hesab olunur.
OXŞAR XƏBƏRLƏR
19:50
385
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
409
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
390
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
904
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
913
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
912