Yaşayış evi yanğından belə qorundu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Yenikənd kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən APA TV-ya verilən məlumata görə, Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bilavasitə bitişik çəpər və kol-kos sahədə baş verdiyi və hər an evə keçmək riskinin olduğu müəyyən edilib. Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının bitişik evə və təsərrüfat tikilisinə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.
Bitişik ev və təsərrüfat tikilisi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR
17:12
555
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
628
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
585
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1707
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
2005
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1258