Yasamalda 33 “patı” alverçisi tutulub
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan Amin Kərimlinin üzərinə baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Amin Kərimli heroini Bakı şəhərində satmaq məqsədi ilə əldə etdiyini bildirib. Ümumilikdə Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələri tərəfindən fevral-mart aylarında rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 18 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitələr və metamfetamin çıxarılıb. Saxlanılanlardan bir neçəsi narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər.
Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib