Yardımlıda itkin düşən meşəbəyinin meyiti tapıldı
Yardımlıda 3 gündür ki, itkin düşən meşəbəyinin meyiti tapılıb.
APA TV-nin cənub bürosundan verilən məlumata görə, rayonun Tahirli kənd sakini 56 yaşlı Təyyar Məhərrəmov 16 avqust tarixində gözətçisi olduğu əraziyə gedib. Ondan heç bir xəbər ala bilməyən ailə üzvləri narahat olub və 2 gün sonra Təyyar Məhərrəmovun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Bu gün meşəbəyinin meyiti Yardımlının Hanoba meşəsindəki 4 saylı dolayında, 50-60 metr dərinlikdə dərədə aşkarlanıb. Meyit daxili və xarici müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.
Üç uşaq atası olan mərhumun sıldırım qayadan yıxılaraq öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
OXŞAR XƏBƏRLƏR
11:43
234
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
240
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
244
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1243
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1828
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1837