Yardımlı sakininin evindən 6 kiloqrama yaxın heroin aşkarlanıb - BNMİ ƏMƏLİYYAT KEÇİRİB
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA TV-nin cənub bürosuna verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayonunun Gendərə kənd sakini Vüsal Kazımov saxlanılıb.
Onun yaşadığı evin həyətinə baxış keçirilərkən yardımçı tikilinin arxa tərəfində gizlətdiyi 1 ədəd sellofan bağlamada çəkisi 5 kiloqram 800 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi