Yaralanandan beş ay sonra şəhid olan hərbçi dəfn olunub
Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq qazi olan Azərbaycan Ordusunun hərbi qulluqçusu 5 ay sonra hospitalda vəfat edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Cəfərov Babək Maxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb. Şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.
Dəfin mərasimində Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailəsi, kənd sakinləri, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Xatırladaq ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan Babək Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan Babək Cəfərov Prezidentin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar