YAP könüllülərinin toplantısı keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “2020 Könüllülər ili - Yeni Azərbaycan Partiyası könüllülərinin toplantısı” adlı tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə YAP icra katibinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin “Azərbaycanda Könüllülər İli” elan edildiyini xatırladıb. O, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın könüllüllük fəaliyyətinin inkişafındakı rolundan bəhs edib.
Tədbirdə YAP rayon təşkilatlarının gənclər təşkilatlarının sədrləri könüllük fəaliyyətindən danışıb, könüllülərin həyata keçirdiyi layihələr barədə geniş məlumat veriblər.
Tədbirdə YAP-ın üzvü olan bir qrup gənc könüllü qismində seçkilərdə aktiv iştirakına görə diplomlarla təltif olunub.
OXŞAR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb