YAP-ın Sədr müavini: “YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir”
“YAP-ın parlament fraksiyası üzərinə düşən vəzifələri kifayət qədər yerinə yetirir”.
APA TV -nin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın parlament fraksiyasının fəaliyyətinə münasibət bildirərkən deyib.
O bildirib ki, iqtidar partiyası olaraq YAP-ı Milli Məclisdə təmsil edən deputatlar ölkəni narahat edən taleyüklü problemlərim həllində öz mövqelərini ortaya qoyurlar: “Eyni zamanda, Azərbaycanda qanunvericilik prosesləri uğurla icra olunur. Azərbaycan bu gün ən qabaqcılı və mütərəqqi qanunvericilik sisteminə malik olan ölkələrdəndir”.
Tahir Budaqov son statistikaya əsasən YAP-ın 800 minə yaxın üzvü olduğuna da diqqət çəkib. O bildirib ki, hazırda YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir: “Bu sahədə bir sıra işlər görülüb. Biz tamamilə yeni elektron sistem bazası qururuq. Bununla bağlı müxtəlif dövlət qurumları ilə birgə işlər görülür. “ASAN xidmət” vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, həm qeydiyyat yeri üzrə, həm də onların miqrasiya prosesləri ilə əlaqədar işlər aparılır”.
T. Budaqov partiya üzvlüyünə yeni qəbul olunanlar arasında gənclərin üstünlük təşkil etdiyini qeyd edib. "Hazırda YAP-ın Bakı şəhəri üzrə təşkilatlanma prosesi həyata keçirilir", - deyən Tahir Budaqov təşkilatlanma prosesi başa çatandan sonra kəmiyyət tərkibi ilə yanaşı, keyfiyyət tərkibi ilə bağlı məsələlərə də həssaslıqla yanaşılacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib