YAP-ın sədr müavini: “Müxalifət yorulub, getməlidir”

 

“Azərbaycandakı müxalifət artıq yorulmuş müxalifətdir. Onlar siyasi səhnədən getməlidir”.

APA TV-nin qərb bürosunun məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib: “Mən 2001-ci ildə YAP-ın 2-ci qurultayında bu fikirləri söyləmişəm. Görün neçə il keçib? 30 ilə yaxındır bunlar oturublar bir partiyada, əl çəkmirlər. Niyə, nə üçün, nə görürlər bunda? Azərbaycan dövlətinin, torpağının, millətinin əleyhinə danışırlar. Onlar dəyişməlidir. Müxalifətsiz ölkə ola bilməz. Konstruktiv, obyektiv, ədalətli müxalifət olmalıdır”.

Qeyd edək ki, Gəncədə YAP-ın ilk partiya təşkilatlarının sədrləri və fəallarla görüş keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR