YAP Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyini qeyd edib

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov, YAP Siyasi Şurasının üzvləri və Milli Məclisin deputatları iştirak ediblər.

Ə.Əhmədov çıxışında bildirib ki, 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda bütün sahələrdə inkişaf yaranmağa başlayıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə  Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində ölkədə faciə və sıxıntıların olduğunu xatırladıb.

Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub.

Milli Məclisin komitə sədri Ziyad Səmədzadə isə Heydər Əliyevin imza atdığı tarixi uğurlardan, ölkədəki siyasi və iqtisadi inkişaf tendensiyasından bəhs edib.

Tədbir çıxışlarla davam etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR