YAP-da “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib
Yeni Azərbaycan Partiyasında (YAP) “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Soçidə prezident İlham Əliyevin səsləndirdiyi bəyanatın bir çox ünvana ciddi mesaj göndərdiyini deyib.
O bildirib ki, həmin ünvanın birincisi Ermənistan rəhbərliyi və cəmiyyətidir: “İkincisi, beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərlərinə götürüblər. Təbiidir ki, bu ünvanlardan biri də Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan, ünvanlandırılan mesajın mahiyyəti də ondan ibarətdir ki, “Qarabağ Azərbaycandır!” deməklə əslində Azərbaycan cəmiyyətinin milli ruhunun yüksəldilməsi, Azərbaycan cəmiyyətində bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülüb”.
Deputatlardan Fəzail Ağamalı bütün Azərbaycan cəmiyyətinin "Qarabağ Azərbaycandır!" hərəkatı ətrafında birləşməli, Hikmət Babaoğlu isə Azərbaycan Ordusunun Prezidentin bu bəyanatını döyüş tapşırığı kimi qəbul etməli olduqlarını söyləyiblər.
Deputat Bəxtiyar Əliyev və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə ölkə başçısının məlum bəyanatı ilə erməni yalanlarının ifşa olunduğunu və bununla da nəzərdə tutulan hədəflərə çatdığını bildiriblər.
Elvin Paşazadə,
Musa Qulammirzəyev,
APA TV
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək