YAP-da Müstəqillik Gününə həsr olunan sərgi keçirilib
YAP-da 18 Oktyabr - Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib.
APA TV-nin məlumatına görə, sərgini giriş sözü ilə açan YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bu gün Azərbaycan müstəqil olmaqla yanaşı, həmçinin azad, demokratik, siyasi-iqtisadi cəhətdən inkişaf etmiş, möhkəmlənmiş və dünya dövlətləri arasında öz yerini tutan bir dövlətdir. Bu da ümummilli liderimizin apardığı siyasətin və bu gün həyata keçirilən islahatların nəticəsidir”.
Sərgidə Bakı Mühəndislik Universitetinin Memarlıq və dizayn kafedrasının I kurs tələbələrinin 40-a yaxın əl işi nümayiş olunub.
Daha sonra qonaqlar sərgiyə baxış keçirilib. Əl işlərinin sahiblərinə YAP tərəfindən sertifikatlar təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək