YAP-çı deputat: “Mitinqə getmək istəyən onsuz da...”
“Mitinqə getmək istəyən onsuz da istənilən yerə gedəcək”.
APA TV-nin məlumatına görə, bunu deputat, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Sona Əliyeva deyib: “Ümumiyyətlə şəhərin mərkəzində, əsasən də insanların sıx olduğu yerlərdə bu cür aksiyaların keçirilməsi doğru deyil. Həm ona görə doğru deyil ki, onsuz da orada qələbəlik olur. Universitetlərin, ticarət mərkəzlərinin, metronun çıxışı olduğuna görə həmin ərazilərdə kifayət qədər çox insan hərəkət edir. Belə bir aksiyanın keçirilməsi insanlar arasında həm qarışıqlıq, həm də qarşıdurma yaratmağa bir cəhddir”.
Sona Əliyeva bildirib ki, bu tip mitinq və aksiyaların şəhərin mərkəzində keçirilməsi asayişə, insanların rahatlığına mane ola bilər: “İstər-istəməz yoldan keçən adam da bu aksiyada, bu qarşıdurmada, bu qarışıqlıqda ola bilər. Hər hansı bir şəkildə onun təhlükəsizliyi təmin olunmaya bilər. Bu baxımdan düşünürəm ki, bu cür aksiyalar yolverilməzdir. Ümumiyyətlə, məsələ müzakirələr və qarşılıqlı anlaşma yolu ilə həll olunmalıdır. Mitinqə getmək istəyən onsuz da istənilən yerə mitinqə gedəcək”.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqi oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi" İdman Klubunun Qaradağ təlim-idman bazasında keçirməsinə razılıq verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək