YAP Bilgəhdəki “Qocalar evi”ndə sakinlərlə görüş keçirib
"Bu gündən minimum pensiya məbləği 200 manata çatdırılıb. Hökumət çalışır ki, vətəndaşlar yaxşı yaşasın, onların problemləri həll edilsin. Dövlət hər birimizindir. Dövlətin bu yerə çatmasına hər bir vətəndaş töhfəsini verib. Dövlət də bunun müqabilində onlara diqqət və qayğı göstərir".
APA TV-nin məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
Qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş - xalq dayanır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artımın ümumilikdə 650 mindən çox pensiyaçını əhatə etdiyini vurğulayıb.
Müəssisənin sakinləri göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibəti ilə YAP Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda görüş keçirib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."