Yanğında dəyən ziyanla bağlı sığorta ödəniləcək?
“Azərsun Sənaye Parkı”nda ötən gün baş verən yanğında dəymiş ziyana görə sığorta ödənişi veriləcək.
Bu barədə “APA-Ecomics”ə “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova bildirib.
Şəfəq Nəcəfovanın sözlərinə görə, sənaye parkında ziyan dəymiş əmlaklar və yanan məhsullar sığortalı olub: “Ziyan dəymiş anbarlar həm daşınmaz əmlakın icbari sığortası, həm də daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanıb. O cümlədən, anbarda yanan məhsullar da əmlak sığortası üzrə sığortalı olub”.
Sığorta ödənişinin məbləğinə gəlincə, Ş.Nəcəfova deyib ki, hazırda dəyən ziyanın hesablanması prosesi gedir. Dəyən zərərin ümumi həcmi hesablandıqdan sonra ödəniş həyata keçiriləcək”.
Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” Şirkəti “Azərsun Holdinq”ə daxildir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ