Yanğın zamanı evdə qalan yataq xəstəsi belə XİLAS EDİLDİ
Lənkəranda fərdi yaşayış evində yanğın olub.
FHN-dən APA TV-yə verilən xəbərə görə, dərhal əraziyə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Fazilə Bağırovaya məxsus 1 mərtəbəli evdə baş verdiyi və yanğın başlamış otaqda yataq xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.
Yanğınsöndürənlər yanğına çevik müdaxilə edərək yayılmasına imkan vermədən alovu qısa müddətdə söndürüb və ev sahibinin həyat yoldaşı, yataq xəstəsi olan 1-ci qrup əlil 58 yaşlı Ədalət Bağırovu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Yanğın zamanı 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb, ev yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR
18:19
840
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
883
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1127
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
986
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1176
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1651