Yanğın söndürüldü, iki ailə xilas edildi - MİNGƏÇEVİRDƏ
Mingəçevirdə yaşayış binasında yanğın baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə avqustun 28-də, gecə saat 4 radələrində Energetik yaşayış massivində, Cəmil Əliyev küçəsi 17 ünvanında qeydə alınıb. Beşmərtəbəli binanın 4-cü mərtəbəsindəki iki otaqlı mənzildə ailəsi ilə birlikdə kirayədə yaşayan Qax rayon sakini İlkin Babayev gecə yarısı tüstüdən boğulduğunu hiss edib, yuxudan ayılıb və evdə yanğın başladığını görüb. Tüstüdən halsız vəziyyətə düşdüyündən mənzili tərk edə bilməyib, qışqıraraq qonşuları köməyə çağırıb. Mənzildə başlayan alovun tüstüsü beşinci mərtəbəni də bürüyüb. 5-ci mərtəbədə kirayə yaşayan başqa bir ailə də mənzili tərk edə bilmədiyindən eyvana çıxaraq ətrafdakılardan kömək istəyib: Hadisə yerinə gələn FHN əməkdaşları yanğını lokallaşdıraraq, eyvanda köməksiz vəziyyətdə qalan ailəni xilas edib. Evi yanan və mənzildə tək olan İlkin Babayev də xilas edilib. Alovun digər mənzillərə keçməsinə imkan verilməyib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."