Yanğın iki azyaşlının həyatına son qoydu - Bakıda
Bakı şəhərində fərdi yaşayış evi yanıb.
APA TV-nin məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı iki uşaq - 3 yaşlı Əlizadə Rüqayyə Anar qızı və 6 yaşlı Əlizadə İsmayıl Anar oğlu tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bildirilir ki, yanğın baş verərkən uşaqların valideynləri evdə olmayıb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
OXŞAR XƏBƏRLƏR
17:47
879
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
769
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
774
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
870
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
832
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
850