Yanan tövlədən mal-qaranı çıxarmaq istəyən ana və oğlu zəhərləndi - ŞAMAXIDA
Şamaxıda yanğın baş verib, ana və oğlu tüstüdən zəhərlənib APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Zeynəb Dursunəliyeva və oğlu, 2003-cü il təvəllüdlü Əli Dursunəliyev tövlədə baş verən yanğın zamanı içəridəki mal-qaranı bayıra çıxarmaq istəyiblər. Bu zaman onlar tüstüdən zəhərlənib. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qadın körpə uşaqları olduğu üçün öz xahişi ilə evdə ambulator müalicə olunmasını istəyib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
455
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
452
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
430
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
311
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
309
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
317