Yanacaqdoldurma məntəqəsi problemlərə son qoymaq üçün qeyri-ənənəvi üsula əl atdı
“Gəncdə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birini rəhbərliyi maraqlı adım atıb. Belə ki, rəhbərlik tərəfindən yanacaqdoldurma məntəqəsində sayğacın qarşısına kamera quraşdırılıb. Məqsəd isə alıcı və satıcı arasında baş verən mübahisənin qarşısını almaqdan ibarətdir.”
Sözü gedən məntəqənin rəhbərliyi şəffaflığın təmin olunması üçün hər bir sayğacın qarışına müşahidə kamerası yerləşdirib. Kamerada yancağın qiyməti və benzin miqdarı ayın şəkildə görmək mümkündür. Bu sistem tətbiq ediləndən sonra sürücülərdə yanacağın düzgün vurulmaması ilə bağlı şikayətləri azalıb. Yancaq doldurma məntəqəsindən bildirildi ki, kameralar quraşdırılmamışdan əvvəl ayda bir neçədə dəfə sürücülərlə operatorlar arasında mübahisə yaranırdı.
Vidadi Novruzov deyir ki, ötən həftə baş verən hadisədən sonra o atdığı addımın düzgünlüyündən bir daha əmin olub. Onun sözlərinə görə, sürücü məntəqəyə yaxınlaşaq onun avtomobilinə yanacağın az vurulduğunu iddia edib və məsələ kameralar vasitəsi ilə həll olunub.
İllər boyu sürücülər yanacaqdoldurma məntəqələrindən narazı olublar. Səbəb kimi də yancaq alarkən müxtəlif hiylələrlə qarşılaşmaları ilə əsaslandırıblar. Sürücülərin sözlərinə görə, artıq kamera quraşdırıldıqdan sonra heç bir fırıldaqçılıqdan söz gedə bilməz. Onlar bu cür adımın atılmasını müsbət qarşılayırlar.
Sözü gedən yanacaqdoldurma məntəqəsi 2 aydan artıqdır ki, bu təşəbbüsü irəli sürüb. Ümid edirik ki bundan sonra sürücü və operatorların arasında benzin düzgün vurulub vurulmaması məsələsinə son qoyulacaq.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü