Yana Baturşina: “Azərbaycanlı gimnastlar perspektivlər vəd edir”

 

“Azərbaycanda istedadlı gimnastlar nəsli yetişir, sadəcə məşqlərlə yanaşı uşaqların xoreaqrafiya hazırlıqlarına diqqəti artırmaq lazımdır”.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, bu fikirləri Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə Mingəçevirə səfər edən Gimnastika üzrə dünya çempionatının səfiri, olimpiya mükafatçısı, 7 qat dünya çempionu Yana Baturşina deyib.

Mingəçevirdə “Kür” Olimpiya İdman Tədris Mərkəzində fəaliyyət göstərən gimnastika klubunun fəaliyyəti ilə yaxından tanış olan dünya şöhrətli gimnast yeniyetmə idmançıların hazırlıq şəraitindən və səviyyəsindən məmnunluq ifadə edib: “Şərait, yeniyetmə idmançıların bacarıqlı çıxışları məni xeyli məmnun etdi. İstəkli görünürlər, daha yaxşı çıxış etməyə çalışırlar və onların bu potensialı perspektiv vəd edir. Əlbəttə ki, hələ kiçikdirlər və üzərİlərində daha çox çalışmalıdırlar”.

Yana Baturşina belə bir kompleksi yaxından tanımağa xeyli həvəsli olduğunu da etiraf edib: “Bilirəm ki, iki il öncə bu idman kompleksində Gimnastika üzrə Azərbaycan birinciliyi keçirilib , Avropa Oyunları baş tutub. Gəlib tanış olduğum zaman bir daha əmin oldum ki, burada idmançının yetişdirilməsi və müxtəlif səviyyəli beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait var.”

Qeyd edək ki, Gimnastika klubunda keçirilən görüş zamanı federasiya rəsmilərinə və Yanna Baturşinaya klubun 97 yetirməsi barədə məlumat verilib, onların hazırlıq səviyyəsindən söhbət açılıb. Tanınmış gimnast yeniyetmə idmançıların nümunəvi çıxışlarını izləyib, onlara müvafiq tövsiyələrini çatdırıb. Sonda qonaq gimnastlara xatirə hədiyyələri təqdim edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR