Yalvar-yaxarla işə qəbul olundu – SƏHƏRİ GÜN RƏHBƏRİNİ BIÇAQLADI
Bakıda özünü sərbəst güləş üzrə dünya çempionu kimi təqdim edən Məmmədağa Tağızadə onu işə götürən Ələkbər Qasımovu bıçaqlayıb. Bu barədə APA TV-yə açıqlamasında bıçaqlanan şəxsin bacısı Ramilə Bünyatova məlumat verib. Onun sözlərinə görə, hadisə 33 yaşlı qardaşının yaşadığı Nəsimi rayonu ərazisində baş verib. Ramilə Bünyatova deyir ki, həmin şəxs şüşə qabı qardaşının başına çırpdıqdan sonra bıçaqla boyun damarlarını kəsib. Lakin xoşbəxtlikdən bıçaq onun şah damarını zədələməyib. Zərərçəkmişin bacısının sözlərinə görə, həmin şəxs qardaşının qan içində olduğunu gördükdə öldüyünü düşünüb və hadisə yerindən uzaqlaşıb. Ramilə Bünyatova hadisəni törədən şəxsin əlamətlərini də sadalayıb. Belə ki, sözügedən şəxsin 20 yaşı var. Salyan sakinidir. Evdən qaçarkən zərərçəkmişin paltarlarını geyinib. Azərbaycan Güləş Federasiyası isə bu adda sərbəst güləş üzrə dünya çempionunun olmadığını açıqlayıb. Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi