Yağışlı hava şəraiti Gədəbəydə ciddi fəsadlara səbəb olub
Bir neçə gündü ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti Gədəbəydə ciddi fəsadlara səbəb olub. İyun ayının 27-28 tarixlərində rayona güclü yağışdan sonra dolu düşüb.Nəticədə dolu yağışı bir sıra ciddi problemlərə yaradıb.5-8 sm olan dolu rayonda fərdi avtomobillərə,əkin sahələrinə evlərin dam örtüklərinə ziyan vurub. Doludan özünü qorumaq istəyən rayonun Söyüdlü kənd sakinləri də xəsarət alıb
Yağışdan sonra yağan dolu yağışı Söyüdlü, Maarif, Daşbulaq, Qaradağ və digər kəndlərə ziyan vurub.Təkcə Söyüdlü kəndində 925 evin, 800-nə ziyan dəyib.Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, bu dəfə düşən dolunun ölçüləri həddindən artıq böyük olub. Ən ciddi fəsadlar Qaradax, Söyüdlü və Arıxdam kəndlərində müşahidə olunub. Yağan yağış və sel suları rayon mərkəzi ilə adıçəkilən kəndləri birləşdirən avtomobil yollarını da sıradan çıxarıb. Aparılan ilkin tədirlər çərçivəsində Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkəti bərpa edilib, digər yollarda isə hərəkətin təmini istiqamətində işlər davam etdirilir.Gədəbəy rayonunda qeyri-sabit hava şəraiti bir müddətdir davam edir. Artıq rayon Fövqaladə Hallar Komissiyası tərəfindən rayona dəyən ziyanın hesablanmasına başlanılıb.
Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Gədəbəy
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub