Yadplanetlilərin yerə axını çoxalıb: kəşfiyyat orqanları ayaqda
Amerika Birləşmiş Ştatlarında 2022-ci ilin avqust ayından bəri naməlum uçan obyektlərin aşkarlanması ilə bağlı 500-dən çox fakt qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Milli Kəşfiyyat İdarəsinin hesabatında məlumatlar yer alıb.
Açıqlamalara görə, müəyyən edilən naməlum obyektlərdən 26-sı pilotsuz uçuş aparatı, 163-ü isə “şar və ya şara bənzər obyekt” kimi səciyyələndirilib.
Sənəddə göstərilir ki, qeyri-səciyyəvi Pilotsuz Uçan Obyektlərin bəziləri qeyri-adi uçuş xüsusiyyətləri və ya əməliyyat imkanları nümayiş etdirib.
Bu isə onların öyrənilməsi üçün əlavə təhlil tələb edir.
O da qeyd olunur ki, naməlum obyektlərlə bağlı xəbərlərin əksəriyyəti Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin pilot və operatorlarından gəlib.
2021-ci il üçün oxşar hesabatla müqayisədə naməlum uçan obyektlərin uçuş sayında kəskin artım müşahidə olunur.
Pentaqon və Amerika kəşfiyyat orqanları Uçan Naməlum Obyekt fenomenlərində xarici dövlətlərin mümkün iştirakı ilə bağlı hər hansı sübutu araşdırmaqda davam edir.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb