Ya prezidentimiz, ya da Baş nazirimiz azərbaycanlı olmalıdır – Erməni siyasətçi
Milliyyətcə erməni olan ukraynalı siyasi ekspert Rüstəm Aloyanın açıqlaması Ermənistanda müzakirələrə səbəb olub.
Siyasi ekspert deyib ki, Ermənistanda ya prezident, ya da Baş nazir azərbaycanlı olmalıdır: “Belə bir şey olsa, şəxsən mən dəstəkləyərəm. Bilirsiniz niyə mən bunu dəstəkləyirəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar. Mən Ermənistanın prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını Baş nazir təyin edərdim".
Rüstəm Aloyan bundan öncə də, Ermənistanın xilas yolunun Türkiyə və Azərbaycanla səmimi dostluqdan keçdiyini vurğulamışdı.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib