XVIII əsrə aid abidə nə vaxt təmir olunacaq?
Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) restavrasiyası zamanı dam örtüyünə dəmir şifer vurulub. Bu xəbər insanlar tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri tarixi tikilinin damına dəmir şiferin vurulmasını sərt tənqid ediblər. Lakin çəkiliş zamanı nəddənsə yerli sakinlər bu barədə danışmaq istəmədi. Zindan Qala kimi də tanınan tarixi abidə sanki zindana çevrilib və hamının üzünə qıfıllanıb. Əldə etdiyimiz məlumata görə qaladakı hazırkı görüntü müvəqqəti xarakter daşıyır. Qala divarlarının tikintisində istifadə olunan dağılmış kərpiclər sifariş olunub. Kərpiclər hazır olduqdan sonra qalada təmir – bərpa işləri davam edəcək. Məlumat üçün deyək ki, iyulun 14 – də Mədəniyyət Naziri Adil Kərimlinin Lənkəran rayonuna səfəri nəzərdə tutulub. Səfər çərçivəsində sözügedən tarixi abidədəki vəziyyətlə tanışlıq gözlənilir. Qeyd edək ki, Dairəvi Qalanın tikilmə tarixi XVIII əsrə aid edilir. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV – Lənkəran
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi