Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edildi – BƏYLƏR EYYUBOVA YENİ VƏZİFƏ VERİLDİ
Prezident İlham Əliyev Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
APA TV xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.
Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılır:
- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
- Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
- Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
Prezidentin digər sərəncamı ilə Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
OXŞAR XƏBƏRLƏR
17:21
1096
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1138
Növbəti köç karvanları yola salınıb
13:38
1155
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
946
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1076
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2985