XTQ-nin qazi zabiti Polad Rzayev müalicədən sonra vətənə dönüb
XTQ zabiti kapitan Polad Rzayev uzun sürən müalicədən sonra vətənə geri dönüb.
APA TV xəbər verir ki, onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları qarşılayıb.
Murov dağı, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştiirak edən kapitan Polad Rzayev mina partlaması zamanı hər iki ayağını itirib. Uzun sürən müalicədən sonra Almaniyadan geri dönən qazi yüksək texnologiyalı protezlərlə təmin edilib.
XTQ zabiti Polad Rzayev evə getmədən öz silahdaşlarının məzarını ziyarət edib. O, Azərbaycan Bayrağı ordeni, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması”na görə medalları ilə təltif edilib.
Qeyd edək ki, o birinci Qarabağ müharibəsi şəhidi Tofiq Oğuzun oğludur.
OXŞAR XƏBƏRLƏR
18:12
587
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
651
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
624
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
852
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
18:06
843
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
18:04
811