Xocavənddəki qəzada yaralanan 16 nəfər Bakıya gətirildi
Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Bu barədə APA-ya Füzuli Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasında olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.
Qeyd edək ki, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib.
Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub.
Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR
16:29
470
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
469
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1045
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
931
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
883
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1754