Xocalı soyqırımı ilə bağlı ”Ana Fəryadı” abidəsi ziyarət edilir
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə hazırlıqlar davam edir.
APA TV xəbər verir ki, sabah abidə önündə keçiriləcək anım tədbiri ilə əlaqədar olaraq ərazidəki binaların üzərində Xocalı həqiqətlərini əks etdirən lövhələr quraşdırılıb, yolların ətrafında aparılan təmizlik işləri artıq yekunlaşdırılıb. Sözügedən ərazidə son tamamlanma işləri görülür.
Xocalı qurbanlarını yad edən insanlar artıq “Ana fəryadı” abidəsini ziyarət etməyə başlayıblar.
Gün ərzində abidəni ziyarət edənlər arasında ən çox məktəblilər müşahidə edilir.
Qeyd edək ki, 28 il öncə törədilən soyqırım nəticəsində 613 nəfər həlak olub. Onlardan 63 nəfəri uşaqlar, 106-sı qadınlar, 70-i isə qocalardır.
OXŞAR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb