Xocalı polisi şəhid ailələrinə, aztəminatlı ailələrə və yaşlı insanlara yardım etdi
Xocalı rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal” devizi altında aksiya keçirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi və bir neçə kəndində yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından və tibbi ləvazimatlardan ibarət sovqatlar verilib.
Həmçinin onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib.
Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı