Xızıda çətənə kolları əkən 28 yaşlı gənc saxlanılıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində rayonun Bəyəhmədyurd kənd sakini, 28 yaşlı Famil Baxışov tərəfindən kənd ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 34 kiloqram təşkil edən hündürlüyü 60-180 sm olan 51 ədəd çətənə kolu aşkar olunub. “Deməli, toxum əldə eləmişdim. Apardım kəndin bir qırağına atdım ki, cücərsin. Arada bir gedib qulluq edirdim. Elə oldu ki, tutuldum”. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. “Keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin becərilməsi ilə məşğul olan Xızı rayonu, Bəyəhmədyurd kənd sakini Famil Baxışov tərəfimizdən saxlanılıb. Onun yetişdirdiyi çətənə kolları Bəyəhmədyurd kəndinin biçənək sahəsi ilə meşə zolağının arasından aşkar edilərək götürülüb. Faktla bağla cinayət işi açılıb”. Dindirilmə zamanı F.Baxışov çətənə kollarını aprel ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib. Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanıb, araşdırmalar aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR