Xırdalanda vətəndaşların kartlarındakı pulları mənimsəyən şəxs tutulub
Abşeronda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində bankomat ətrafında dələduzluq edən 35 yaşlı Ramil Mehdiyev tutulub.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs əvvəlcə bankomatdan pul və təqaüdünü çıxarmaq istəyən şəxslərə yaxınlaşaraq kömək etmək istədiyini bildirir. Daha sonra cibindən digər boş kartını ora daxil edərək pul olmadığını deyir. Beləliklə o ümumilikdə 20 nəfərə yaxın şəxsi aldadaraq onların pulunu mənimsəyib.
Bu şəxsin əməlindən ziyan çəkən şəxslərdən xahiş olunur ki, Abşeron rayon Polis idarəsinə müraciət edə bilərlər.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı