Xırdalanda karantin dövründə fəaliyyət göstərən kafe aşkarlandı – HƏBS EDİLƏNLƏR VAR
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan olunmuş xüsusi karantin rejiminin tələblərini pozan kafe aşkarlanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman Xırdalan şəhəri, “köhnə bazar” adlanan ərazidə “Pivnuşka” adlı kafenin fəaliyyət göstərdiyini aşkar ediblər.
Kafeyə baxış keçirən polis əməkdaşları orada müştəri qismində əyləşən 4 nəfəri və obyekti icarə əsasında işlədən Ömər Hacıyevi saxlayıblar.
Saxlanılan şəxslərin bəziləri cərimə olunublar. Məhkəmənin qərarı ilə Ömər Hacıyev 20, Elnur Bilalov və Kamil İskəndərov isə 6 sutka həbs edilib.
OXŞAR XƏBƏRLƏR
11:43
1187
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1191
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1221
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1347
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1939
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1960