Xırdalanda döyüşə yararlı mərmi tapılıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd 122 mm-lik OF-56 artilleriya mərmisi, bir ədəd 82 mm-lik OF-832 minaatan minası və bir ədəd 122 mm-lik BK-M mərmisi olduğu müəyyən edilib.
Mərmilər pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
16:29
684
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
679
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1249
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
952
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
906
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1778