Xırdalanda kütləvi dava: 2 nəfər öldürüldü
Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş qanlı insidentin zamanı 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
APA TV xəbər verir ki, hadisə şəhərin Mirzə İbrahimov küçəsində qeydə alınıb. Bir neçə şəxs arasında baş verən kütləvi dava zamanı 1992-ci il təvəllüdlü Tural Quliyev, 1992-ci il təvəllüdlü Həsənəliyev İlqar Yaşar oğlu, Məmməd Məmmədov, qardaşı Xəlil Məmmədov və Həsən adlı daha bir şəxs bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan M.Məmmədov və Həsən adlı şəxs hadisə yerində keçinib.
Kütləvi davanın azı 5-6 nəfər arasında yarandığı bildirilir. Şahidlərin sözlərinə görə, dava qız söhbəti üstündə yaranıb.
Hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Abşeron rayon Prokurorluğunun əməkdaşları və polis nümayəndələri hadisə yerində olub.
Hadisənin təfərrüatları Abşeron prokurorluğu tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi