XİN ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yaydı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanat yayıb.
APA TV-nin məlumatına görə, bəyanatda bildirilir ki, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyi müşahidə olunur.
Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı törədilən erməni təxribatları özündə vandalizm və terror elementlərini ehtiva edir.
Bəyanatda nifrətə əsaslanan bu cinayət əməlləri qətiyyətlə pislənilir. Bildirilir ki, Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərə və diplomatlara hücumların qarşısının alınması həmin ölkənin öhdəsindədir.
Qeyd edilib ki, Azərbaycan dost ölkələrə müraciət edərək, diplomatik nümayəndəliklərimizə və diplomatlarımıza, azərbaycanlılara qarşı törədilən əməllərin araşdırılmasını tələb edir. Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza hüquqi yardımın təmin edilməsi üçün diplomatik nümayəndəliklərimizə lazımi təlimat verilib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi