XİN: Çindən vətəndaşlarımızın təxliyəsi üçün danışıqlar aparılır
Koronavirusun aşkarlandığı Çinin Uxan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı danışıqlar aparılır.
Bu barədə APA TV-yə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi Çin hökuməti ilə xüsusən Uxan şəhərində olan vətəndaşlarımızın təxliyəsi ilə bağlı danışıqlar aparır. Bu, bizim üçün çox ciddi məsələdir. Bu istiqamətdə Çin hökuməti ilə danışıqlar aparılmaqdadır”, - deyə XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. 106 nəfər xəstəlikdən ölüb.
OXŞAR XƏBƏRLƏR
19:48
589
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
584
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
589
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
327
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
321
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
331