Xəzərdə təhlükə! 150 neftçi təxliyə edildi - XƏBƏRDARLIQ

 

Açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil edilib.

APA TV-nin SOCAR-ın mətbuat xidmətinə istinadən məlumatına görə, dənizdə hündürlüyü 3 metrə çatan dalğalar müşahidə olunub. Buna görə də orada işləyən 150 neftçi evakuasiya edilib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi oktyabrın 7-də hava şəraitinin pisləşməsi, güclü küləklə əlaqədardır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) isə bildirilib ki, oktyabrın 7-də, gecə saatlarında külək daha da güclənəcək və oktyabrın 8-i, gündüz saatlarınadək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR