Xəzərdə batan qayıq və heyət üzvləri xilas edildi – DƏNİZDƏ ƏMƏLİYYAT
Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən iki balıqçı sərhədçilər tərəfindən xilas edilib.
Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Lənkəranın Nərimanabad qəsəbəsindən 8,1 mil məsafədə 2 heyət üzvünün köməyə ehtiyacı olduğu müəyyən edilib.
Sərhədçilər tərəfindən fırtınalı hava şəraitində keçirilən xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan balıqçı qayığı və heyət üzvləri 1977-ci il təvəllüdlü Sədrəddin Süleymanov, eləcə də 1987-ci il təvəllüdlü Nail Əsgərov xilas edilərək Nərimanabad qəsəbəsi istiqamətində sahilə çıxarılıblar.
OXŞAR XƏBƏRLƏR
19:48
481
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
478
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
456
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
313
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
311
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
319