Xəstəxanaya silahlı BASQIN: şöbə müdirini döydülər
Füzuli rayon Mərkəzi Xəstəxanasını əməkdaşı döyülüb.
Bu barədə Lent.az-a hücuma məruz qalan xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Əliyev özü məlumat verib.
Onun sözlərinə görə, hadisə mayın 5-i saat 16 radələrində qeydə alınıb. 3 nəfər - 72 yaşlı kişi, oğlu və yeznəsi xəstəxanaya gələrək Vüqar Əliyevi söyərək döyüblər: "Onların üzərində silah da olub".
Zərərçəkmiş həmçinin qeyd edib ki, həmin şəxslər bir müddət əvvəl də xəstəxana müdirinin inzibati işlər üzrə müavininə hücum edibmiş. Hazırda onların işi məhkəmədədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Lent.az-a bildirib ki, hazırda faktla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir