Xəstələri xilas etmək üçün pəncərədən atdılar - RİODA GÜCLÜ YANĞIN
Braziliyada xəstəxanada başlayan yanğın faciəyə səbəb olub. APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, hadisə Rio-De-Janeyro şəhərinin şimalında yerləşən tibb ocaqlarından birində qeydə alınıb. Yanğınsöndürənlər insan itkisinin qarşısını almaq məqsədilə bəzi pasientləri pəncərədən çarpayıqarışıq atmaq məcburiyyətində qalıb. Yaralı sayı çoxdur. Təxliyə zamanı 3 yaşlı insan ayaq altında qalaraq can verib. Yanğın günün günorta çağı başlayıb. Alov axşam saatlarına qədər çətinliklə ram edilib. Səbəblər məlum deyil. Ehtimala görə, yanğın laboratoriyadan qaynaqlanıb. Yanğınsöndürən maşınların sayının çoxluğu yaxınlıqdakı küçələri bağlamaq məcburiyyəti yaradıb. Tibbi personal zəhərlənən və xəsarət alanlara vaxtında müdaxilə etmək üçün ərazidə düşərgə qurub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."